http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır - YENİLƏNİB

09 Yanvar 2024 , 19:12
EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır - YENİLƏNİB

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə bərpa olunan enerji, informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.

"Operativ Media" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr EBRD-nin Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarovla Bankın birinci vitse-prezidenti Yurgen Rigterink arasında virtual formatda keçirilən görüşdə aparılıb.

“Azərbaycan Bankla əlaqələrin inkişafına önəm verir və EBRD ilə birgə həyata keçirilən layihələr üzrə qabaqcıl təcrübənin, innovativ texnoloji yeniliklərin ölkəmizdə tətbiqi xüsusilə əhəmiyyətlidir. EBRD-lə enerji, xüsusilə bərpa olunan və alternativ enerji, “Hökumət buludu” Məlumat Mərkəzi (G-Cloud) və s. kimi gündəlikdə duran pioritet layihələrin müzakirəsi vacibdir”, - M. Cabbarov deyib.

Y. Riqterink bildirib ki, ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri əhatə edir: “Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri tərəfdaşlığı stimullaşdırdırır. EBRD COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır”.

Görüşdə Bankın dəstəyi ilə ölkədə həyata keçirilən layihələr, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə əməkdaşlığın perspektivləri və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

***

18:40

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.

"EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink ilə videokonfrans formatında keçirdiyimiz görüşdə Bankın dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihələri, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ilə tərəfdaşlığı, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə etdik", - nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur

XƏBƏR LENTİ
  • 14:38

    Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür
  • 14:33

    Şəmkirdə 6 otaqlı ev yanıb
  • 14:30

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 3
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 3
  • 14:26

    “Burger King”in Azərbaycandakı françayzi cərimələnib
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
Menyu