Menyu

Qazla işləyən məişət mətbəx cihazlarına dair dövlət standartı qəbul edilib

Redaksiya
Qazla işləyən məişət mətbəx cihazlarına dair dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS EN 30-2-2:2023 “Qazla işləyən məişət mətbəx cihazları – Hissə 2-2: Enerjidən səmərəli istifadə - Məcburi konveksiya sobalara və/və ya qrillərə malik cihazlar” yeni dövlət standartı qəbul edilib.

İnstitutdan "Operativ Media"ya verilən məlumata görə, bu standart yanar qazla bişirmə cihazlarının enerji səmərəliliyinə dair tələbləri və sınaq üsullarını müəyyən edən cihazlara şamil edilir.

Standart layihəsi daha əvvəl rəy və təkliflərin bildirilməsi məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə, İnstitutun Neft və Kimya sənayesinin standartlaşdırılması şöbəsinə göndərilib və həmin qurumlarla rəsmi qaydada razılaşdırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər