2024-cü ildə qlobal iqtisadiyyat üçün əsas təhlükə nədir?

Nərmin Qocamanlı
2024-cü ildə qlobal iqtisadiyyat üçün əsas təhlükə nədir?

2024-cü ildə qlobal iqtisadiyyat üçün əsas təhlükə ABŞ dövlət borcunun yüksək səviyyədə olmasıdır.

“Operativ Media” xəbər verir ki, bu barədə “RİA Novosti” Roskonqres hesabatına istinadən məbləğin 34 trilyon dollardan çox olduğunu bildirib.

Sənəddə bildirilir ki, yaxın gələcəkdə ölkə öz dövlət borcunu ödəmək üçün ildə 1 trilyon dollar xərcləməli olacaq. Müəlliflər qeyd ediblər ki, ABŞ-ın hazırki dövlət borcunu, onun artım tempini və büdcə gəlirlərinin dinamikasını nəzərə alsaq, bunu “riyazi cəhətdən ödəmək mümkün deyil”.

Mütəxəssislər bunu inflyasiyanın artması riski ilə izah ediblər. Ekspertlər də ölkənin pul çapına başlayacağı ilə razılaşırlar. Onlar qeyd ediblər ki, bu halda ABŞ 2008-ci il ssenarisini təkrarlayacaq.

Hesabatın müəllifləri həmçinin ABŞ-da keçiriləcək prezident seçkilərini növbəti qlobal siyasi risk kimi qiymətləndiriblər. Onlar sosial iğtişaşları diqqətdən kənarda qoymayıblar. Mütəxəssislərin fikrincə, vəziyyət "qızğın vətəndaş qarşıdurmasına da çevrilə bilər".

Digər xəbərlər