Menyu

Ağdaş rayonunda sakinlər silahlarını polisə təhvil verib

Ağdaş rayonunda sakinlər silahlarını polisə təhvil verib
1 dəq oxu

Ağdaş rayon sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Əlaqəli Xəbərlər