“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması çox yaxında olacaq” - Politoloq
“Prezidentin açıqlamaları əslində qaranlıq qalan bir çox məsələlərə aydınlıq gətirdi. Sülh müqaviləsi gecikdirilmədən imzalanmalıdır. Ermənistan isə delimitasiya məsələsini ortaya atmaqla sülh müqaviləsini gecikdirməyə çalışır”.
Bunu “Operativ Media”ya açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.
Politoloq deyir ki, Ermənistanın bir çıxış yolu qalıb. O da Azərbaycanın qoyduğu şərtlərlə masaya oturmaq
"Ermənistan prosesi dalana salmaq və özünü kənarlaşdırmağa fokuslanıb. Cənab İlham Əliyevin bu məsələdə verdiyi mesajlar, anklav olmayan Qazaxın kəndlərinin alınması və növbəti mərhələdə digər anklavların qaytarılması məsələsini dilə gətirməsi göstərmiş oldu ki, delimitasiya məsələsi uzun çəkəcək proses olduğuna görə, Bakı bu prosesin mərhələli şəkildə icrasından yanadır"
Züriyə Qarayeva deyir ki, sülh müqaviləsi 2024-ci ildə imzalana bilər.
"Tərəflərin SSR dağıldıqdan sonra ilk dəfə ortaq razılığa gəlməsi, xoş niyyət göstəricisi olan addımların atılması ona işarədirki yaxında sülh müqaviləsi imzalana bilər. Ehtimal etmək olar ki, COP29-dan öncə bu müqavilənin imzalanması gözlənilə bilər. İstənilən halda Azərbaycanın haqlı şərtləri vardır. Sərhədlərin açılmaması məsələsi artıq Ermənistanı çıxılmaz bir vəziyyətə salıb. Bu o deməkdir ki, Bakının şərtlərini qəbul etməkdən başqa yolu yoxdur".
