Menyu

Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib

Operativ Media
Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib
1 dəq oxu

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul etməkdən məmnunluq duydum.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “X” sosial şəbəkə hesabında bildirilib.

Qeyd olunub ki, danışıqlar zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının geniş gündəliyi, eləcə də siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, logistika və yaşıl enerji sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub:

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının geniş gündəliyi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olub.

Tərəflər ölkələr arasında tarixi dostluq, mehriban qonşuluq münasibətləri və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıblar. Həmçinin yüksək səviyyəli dialoqun və institusional əməkdaşlığın strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfə qeyd edilib.

Görüş zamanı Cənubi Qafqazda baş verən proseslər, regionda sülh və sabitliyin təşviqi istiqamətində səylər, eləcə də regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər strateji tərəfdaşlığı daha da gücləndirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmlərini bir daha təsdiqləyiblər.

Əlaqəli Xəbərlər