http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sosial sığorta haqqı məbləğlərinin 25 faizi vergilərdən çıxılacaq

12 Yanvar 2024 , 11:47
Sosial sığorta haqqı məbləğlərinin 25 faizi vergilərdən çıxılacaq

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə dövriyyəsi aşağı olan fiziki şəxslərin özlərinə görə ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması nəzərdə tutulub.

"Operativ Media" xəbər verir ki, mikro sahibkarlıq subyektlərinin maliyyə - iqtisadi vəziyyəti təhlil edilərkən mövcud vəziyyətdə onların əldə etdikləri gəlirlərin sabit sosial xarakterli xərclərinin ödənilməsi üçün yetərli olmadığı müəyyənləşdirilib. Belə olan halda, bu cür xərclər yeni fəaliyyətə başlayan mikro sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü yaratdığından sosial sığorta haqlarının vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə mikro sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığının təmin edilməsi və sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına kompensasiyası məqsədilə onların özlərinə görə ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılması təsbit olunub.

Bununla da, həm çəkilən xərclərin kompensasiyası, həm də qeyri-rəsmi dövriyyələrin “ağardılması” hədəflənir, eyni zamanda, dəyişiklik sosial – iqtisadi siyasət çərçivəsində böyük kütləni əhatə edən mikro sahibkarlıq subyektlərinə dövlət dəstəyinin təzahürü kimi çıxış edir.

OXŞAR XƏBƏRLƏR
SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb

SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb

MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

XƏBƏR LENTİ
  • 04:00

    Gül mağazasında baş verən yanğın tam söndürülüb - YENİLƏNİB - 4
  • 01:31

    FHN: "Xəsarət alanlarla bağlı məlumat yoxdur"
  • 00:00

    "28 May" metrosu istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
  • Dünən
    23:47

    Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
  • Dünən
    23:21

    ABŞ Ukraynaya yeni silah partiyası göndərmək üzərində işləyir
  • Dünən
    23:08

    SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb
  • Dünən
    22:56

    Sui-qəsdə uğrayan Slovakiya Baş nazirinin vəziyyəti ağırdır
    Sui-qəsdə uğrayan Slovakiya Baş nazirinin vəziyyəti ağırdır
  • Dünən
    22:43

    Hakan Fidan və qətərli həmkarı arasında telefon danışığı olub
Menyu