http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Azəriqaz”: Ötən il 47,1 faiz abonent qaz istifadəsi limitini keçməyib

12 Yanvar 2024 , 13:01
“Azəriqaz”: Ötən il 47,1 faiz abonent qaz istifadəsi limitini keçməyib

Ötən il Azərbaycanda əhali kateqoriyası üzrə qaz istifadəsi limitini keçməyən, yəni 12 qəpik tarifi ilə istifadə edən abonentlərin sayı 1 milyon 199 min 375 olub ki, bu da ümumi abonentlərin 47,1 faizini təşkil edir.

"Operativ Media" xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev “Açıq qapı” aksiyasında bildirib.

O qeyd edib ki, 998 min 946 abonent (ümumi abonentlərin 39,3 faizi) 20 qəpik tarifi ilə, 346 min 557 abonent (ümumi abonentlərin 13,6 faizi) 25 qəpik tarifi ilə qazdan istifadə edib.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə diqqətə çatdırıb ki, 2022-ci ildə limiti keçməyən abonentlərin sayı təxminən 46 faiz təşkil etmişdi.

E.Vəliyev, həmçinin hər ilin əvvəlində aktuallığa çevrilən limitlərin yenilənməsi məsələsinə toxunub. Şöbə rəisi üç mərhələli limitlərin tətbiqindən bir ildən artıq vaxtın keçməsinə baxmayaraq, hələ də bəzi abonentlərin bundan xəbərsiz olduğunu və hesablama zamanı səhvlərə yol verdiyini vurğulayıb: “Sonradan ödənişli (mexaniki tipli) sayğaclarda proses 365 gün nəzərə alınaraq həyata keçirilir. Bu baxımdan da həmin sayğaclardan istifadə edən abonentlərin heç bir narahatlığına səbəb yoxdur”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq istəyir

Azərbaycan Dənizlə yüklərin daşınması haqqında Beynəlxalq Konvensiyaya qoşulmaq istəyir

Əmək haqqının saata görə hesablanmasının hansı təsirləri ola bilər?

Əmək haqqının saata görə hesablanmasının hansı təsirləri ola bilər?

Muxtar Babayev Afrikaya həsr edilmiş Zirvə toplantısında iştirak edib

Muxtar Babayev Afrikaya həsr edilmiş Zirvə toplantısında iştirak edib

XƏBƏR LENTİ
  • 08:32

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib
  • 08:19

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:52

    Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
  • 06:43

    2023-cü ildə dünyada ölkə üzrə məcburi köçkünlərin sayı 75,9 milyon nəfərə çatıb
  • 06:29

    Ağ Ev: ABŞ Gürcüstanla münasibətləri yenidən nəzərdən keçirəcək
  • 06:05

    Arda Gülər qol vurdu, "Real" darmadağına sevindi
  • 05:54

    Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür
    Rusiya XİN: Aİ missiyası Rusiyaya, Azərbaycana qarşı daha çox işlər görür
  • Dünən
    23:17

    Naxçıvanda yaşayan ailələrin sayı artıb
Menyu