http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DVX: 44,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib

12 Yanvar 2024 , 13:32
DVX: 44,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2023-cü il ərzində müxtəlif vergi cinayətləri faktları üzrə ümumilikdə 643 cinayət işi başlanılıb. Bunlara vergilərin dövlət büdcəsindən yayındırılması, lisenziya (icazə) olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, “ƏDV geri al” məqsədləri üçün yeni nəsil nəzarət-kassa aparatlarının çeklərinin satışını təşkil etməklə və dövlət büdcəsinə xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq fəaliyyətinin göstərilməsi, əmək müqaviləsi olmadan işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) saxta aksiz markaları ilə markalaması və s. aiddir.

2023-cü ildə əvvəlki ildən qalıq qalmış işlər nəzərə alınmaqla, cəmi 158 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 88 cinayət işinin icraatına xitam verilib, 83 nəfər barəsində ittiham elan edilməklə 70 cinayət işi məhkəməyə göndərilib, 10 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış 88 cinayət işindən 37 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla dövlət büdcəsinə ödənilmiş məbləğ 22 milyon manatdan çox olub.

DVX-dən "Operativ Media"ya bildirilib ki, 2023-cü il ərzində ümumilikdə 44,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib. Bundan əlavə, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 6 milyon manat vəsait ödətdirilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 14 nəfər şəxs tutularaq təhvil verilib, ibtidai istintaqdan yayılan 1245 nəfər dindirilməsi üçün məcburi gətirilib, 2297 nəfərin yeri müəyyən olunaraq istintaqa məlumat verilib və 612 şəxsin istintaqa gətirilməsi təmin edilib.

OXŞAR XƏBƏRLƏR
MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

Naxçıvandan Türkiyəyə ixracın həcmi 28 faiz artıb

Naxçıvandan Türkiyəyə ixracın həcmi 28 faiz artıb

XƏBƏR LENTİ
  • 20:11

    Netanyahu Yaxın Şərqdəki münaqişənin iki dövlətli həlli ideyasını rədd edib
  • 19:58

    Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb
  • 19:57

    "Turan Tovuz”un baş məşqçisi və rəsmiləri Niderland klublarının düşərgəsində olublar
  • 19:49

    Milli Müdafiə Universitetinin hərbi kolleclərində qəbul davam edir
  • 19:36

    Taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib - FOTO
  • 19:23

    Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırıb?
    Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırıb?
  • 19:21

    Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub
  • 19:12

    Azərbaycan Prezidenti Slokakiyanın Baş nazirinə edilən sui-qəsdi qınayıb
    Azərbaycan Prezidenti Slokakiyanın Baş nazirinə edilən sui-qəsdi qınayıb
Menyu