http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ötən il 44,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib

12 Yanvar 2024 , 14:02
Ötən il 44,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2023-cü il ərzində müxtəlif vergi cinayətləri faktları üzrə ümumilikdə 643 cinayət işi başlanılıb. Bunlara vergilərin dövlət büdcəsindən yayındırılması, lisenziya (icazə) olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, “ƏDV geri al” məqsədləri üçün yeni nəsil nəzarət-kassa aparatlarının çeklərinin satışını təşkil etməklə və dövlət büdcəsinə xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq fəaliyyətinin göstərilməsi, əmək müqaviləsi olmadan işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) saxta aksiz markaları ilə markalaması və s. aiddir.

"Operativ Media" Xidmətə istinadən xəbər verir ki, 2023-cü ildə əvvəlki ildən qalıq qalmış işlər nəzərə alınmaqla, cəmi 158 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 88 cinayət işinin icraatına xitam verilib, 83 nəfər barəsində ittiham elan edilməklə 70 cinayət işi məhkəməyə göndərilib, 10 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı tamamlanmış 88 cinayət işindən 37 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla dövlət büdcəsinə ödənilmiş məbləğ 22 milyon manatdan çox olub.

2023-cü il ərzində ümumilikdə 44,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib. Bundan əlavə, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 6 milyon manat vəsait ödətdirilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 14 nəfər şəxs tutularaq təhvil verilib, ibtidai istintaqdan yayınan 1245 nəfər dindirilməsi üçün məcburi gətirilib, 2297 nəfərin yeri müəyyən olunaraq istintaqa məlumat verilib və 612 şəxsin istintaqa gətirilməsi təmin edilib.

OXŞAR XƏBƏRLƏR
SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb

SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb

MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

XƏBƏR LENTİ
  • 01:31

    FHN: "Xəsarət alanlarla bağlı məlumat yoxdur"
  • 01:03

    Gül mağazasında baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-1
  • 00:00

    "28 May" metrosu istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
  • Dünən
    23:47

    Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
  • Dünən
    23:21

    ABŞ Ukraynaya yeni silah partiyası göndərmək üzərində işləyir
  • Dünən
    23:08

    SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb
  • Dünən
    22:56

    Sui-qəsdə uğrayan Slovakiya Baş nazirinin vəziyyəti ağırdır
    Sui-qəsdə uğrayan Slovakiya Baş nazirinin vəziyyəti ağırdır
  • Dünən
    22:43

    Hakan Fidan və qətərli həmkarı arasında telefon danışığı olub
Menyu