http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

2023-cü il Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

12 Yanvar 2024 , 14:17
2023-cü il Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

2023-cü il üzrə operativ məlumatlara əsasən, ötən il ərzində respublikada elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 272,3 mln. kVt·st, yəni 0,9% artaraq 29 276,6 mln. kVt·st olub.

"Operativ Media" xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, 12 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 27 160,4 mln. kVt·st, SES-lərdə 1 757,2 mln. kVt·st, digər mənbələr üzrə isə 359,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 56,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 79,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 223,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 441,2 mln. kVt·st (İES-lərdə 24 794,2 mln. kVt·st, SES-lərdə 1 647,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 481,0 mln. kVt·st (İES-lərdə 325,03 mln. kVt·st, SES-lərdə 95,02 mln. kVt·st, Günəş ES-də 60,93 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 41,9 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 312,5 mln. kVt·st təşkil edib.

Ötən il ərzində elektrik enerjisinin ixracı 3 252,5 mln. kVt·st, idxalı isə 211,8 mln. kVt·st olub.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 788,7 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin ixracı 504,3 mln. kVt·st, idxalı isə 11,0 mln. kVt·st təşkil edib.

OXŞAR XƏBƏRLƏR
SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb

SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb

MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

MTZ il sonunadək Azərbaycana 725 Belarus traktoru tədarük edəcək

"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

"Burberry"nin illik mənfəəti 40 faiz azalıb

XƏBƏR LENTİ
  • 06:45

    "Yuventus" İtaliya Kubokunun qalibi oldu
  • 06:30

    Kanadanın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir
  • 04:00

    Gül mağazasında baş verən yanğın tam söndürülüb - YENİLƏNİB - 4
  • 01:31

    FHN: "Xəsarət alanlarla bağlı məlumat yoxdur"
  • 00:00

    "28 May" metrosu istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
  • Dünən
    23:47

    Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
  • Dünən
    23:21

    ABŞ Ukraynaya yeni silah partiyası göndərmək üzərində işləyir
  • Dünən
    23:08

    SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb
Menyu