Azərbaycan Rusiyaya 2,1 milyon yumurta tədarük edib
Yanvarın 14-nə Azərbaycan Rusiyaya 2,1 milyon ədəd toyuq yumurtası tədarük edib.
“Operativ Media” xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb .
“Yanvarın 13-ü və 14-də Rusiyaya Azərbaycandan 55,72 ton (918 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyaları gətirilib. Bu gün, yəni yanvarın 14-nə Azərbaycandan 2,1 milyon ədəd yumurta daxil olub”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, ötən ilin dekabrında yumurta Rusiyada ən bahalı məhsullardan birinə çevrilib. Ölkənin 46 regionunda yumurtanın qiyməti 10-20% bahalaşıb. Rusiya prezidenti Vladimir Putin bunu tələbatın artması ilə əlaqələndirib. Türkiyə, Azərbaycan və Belarus Rusiyaya yumurta tədarük etməyə hazır olduqlarını bəyan ediblər.
Sadiq Cavadov
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net