Ötən il sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

Nərmin Qocamanlı
Ötən il sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" hesabında bildirib:

"Bunlardan 7-si Ağdam sənaye parkının, 5-i "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb".

O, qeyd edib ki, rezidentlər tərəfindən 471 milyon manat investisiyanın yatırılması, 3.100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Digər xəbərlər