Menyu

Naxçıvanda vergi daxilolmaları 24,2 faiz artıb

Nərmin Qocamanlı
Naxçıvanda vergi daxilolmaları 24,2 faiz artıb
1 dəq oxu

Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında müsbət dinamika davam edir.

"Operativ Media" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2023-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 164,7 milyon manatdan çox vergi daxil olub ki, bu da 2022-ci ilə nisbətən 24,2 faiz və ya 32,1 milyon manat çoxdur.

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları 2022-ci illə müqayisədə 29,4 faiz və ya 36,6 milyon manat artıb.

Əlaqəli Xəbərlər