http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İdxalı əvəzlənəcək məhsulların qiymətində hansı dəyişikliklər gözlənilir?

16 Yanvar 2024 , 17:44
İdxalı əvəzlənəcək məhsulların qiymətində hansı dəyişikliklər gözlənilir?

Nazirlər Kabinetinin qərarına əsasən, süfrə zeytunu, suxarı və peçenyelər; konservləşdirilmiş təzə pirojnalar və şirniyyatlar, makaron, əriştə, kuskus və oxşar un məmulatları və kakao, şokolad və şəkərli şirniyyat məmulatları “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”na daxil edilib.

Bəs idxal mallarının yerli məhsullarla əvəzlənməsi iqtisadiyyatımıza necə təsir edəcək? Həmin məhsuların qiymətlərində hər hansısa dəyişiklik baş verə bilər?

Bu barədə “Operativ Media”ya açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, burada siyahı çox məhduddur və məqsəd bu sahədə yerli istehsala dəstək verilməsi, onlara güzəştli şərait yaradılmasıdır:

alt text

“Çox böyük ehtimalla bu qurumlar rəqabət şərtlərinin xeyirlərinə olmadığı səbəbindən İqtisadiyyat Nazirliyinə dəstək üçün müraciət ediblər. Lakin, iqtisadiyyatın strukturunda bu sahələr çox kiçik pay tutur deyə böyük bir töhfə verəcəyini söyləmək olmaz”.

İqtisadçının fikrincə, bu qərar qiymətlərə təsir göstərməyəcək:

“Çünki əmlak vergisi, torpaq vergisi maya dəyərində xüsusi pay almır. Yəni əhəmiyyətli çəkisi yoxdur ki, onların aşağı salınması qiymətləri dəyişsin. Əgər hökümət qiymətlərə təsir etmək istəyirsə, məhsul bolluğuna şərait yaradılmalıdır, çünki məhsul bol olanda qiymətlər aşağı düşür. Bunun üçün həm də vacibdir ki, məhsullar daha çox idxal edilsin, bazarda bolluq olsun, rəqabət formalaşsın və qiymətlər aşağı düşsün. Yoxsa əmlak vergisinin, torpaq vergisinin və yaxud da mənfəət vergisinin aşağı salınmasının onların qiymətlərinə ciddi təsir edəcəyini düşünmürəm. Amma, ümumi şəkildə hökumətin yerli istehsalı dəstəkləmək üçün bu cür addımları doğrudur. Çünki, yerli istehsal iş yerləri açılır, müəyyən qədər xarici valyutanın ölkədən çıxışını azaldılır. Lakin hökümət bütün idxalları əvəzləyə bilməz, əvəzləşdirsə də, daha baha və pis şərtlərlə mümkün olar”.

X.Kərimli əlavə edib ki, istehsalı və ixracı dəstəkləyəcək bütün addımlar iqtisadiyyatımız üçün daha uzunmüddətli və əlverişli faydalar formalaşdırır.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
Menyu