Mikayıl Cabbarov İSO-nun baş katibi ilə görüşüb

Nərmin Qocamanlı
Mikayıl Cabbarov İSO-nun baş katibi ilə görüşüb

İqtisadiyyat naziri Mİkayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) baş katibi Serxio Muxika ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir öz "X" hesabınnda bildirib:

"Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının baş katibi Serxio Muxika ilə qlobal çağırışlara adekvat həlləri təmin edən standartların tətbiqi, ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin dəstəklənməsi üzrə təşəbbüslər, Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində əməkdaşlıq və beynəlxalq standartlar ictimaiyyəti üçün etibarlı proqramın hazırlanması üzrə tərəfdaş təşkilatlarla işbirliyi barədə müzakirələr apardıq".

Digər xəbərlər