Davosda Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması müzakirə olunub

Nərmin Qocamanlı
Davosda Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazirin "X" hesabında bildirilib.

Görüşdə, qlobal platformalarda dayanıqlı enerji siyasətinin aspektləri, Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması istiqamətində reallaşdırılan layihələr, ölkəmizin iqlim dəyişiklikləri üzrə çağırışlara töhfə verəcək hədəfləri və COP29 tədbiri üzrə nəzərdə tutulmuş işlər barədə danışdıq.

Qeyd edək ki, görüş Davos İqtisadi Forumu çərçivəsində baş tutub.

Digər xəbərlər