Azərbaycan və Moldova biznes dairələri arasında tərəfdaşlığın təşviqi imkanlarını dəyərləndirib

Nərmin Qocamanlı
Azərbaycan və Moldova biznes dairələri arasında tərəfdaşlığın təşviqi imkanlarını dəyərləndirib

"Moldova ilə iqtisadi əməkdaşlığımızın gücləndirilməsinin prioritet istiqamətlərinə energetika, ticarət və investisiyaların təşviqi daxildir".

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Bu ölkənin Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə Davos İqtisadi Forumu çərçivəsində keçirdiyimiz görüşdə birgə təşəbbüslərin artırılması və ölkələrimizin biznes dairələri arasında tərəfdaşlığın təşviqi imkanlarını dəyərləndirdik", - nazir qeyd edib.

Digər xəbərlər