Davosda Azərbaycanın azad edilmiş ərazilərinin yüksək iqtisadi potensialı diqqətə çatdırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib:
"Davos İqtisadi Forumu çərçivəsində baş tutan "Ticarət və investisiya liderliyi naharı" sessiyasında Azərbaycanın investisiya imkanları, işğaldan azad edilmiş ərazilərimizin, sənaye zonalarımızın yüksək iqtisadi potensialı və zəngin resurslarımızın dayanıqlı inkişaf üçün perspektivləri barədə məlumat verdik".
Həmçinin, rəqəmsal həllər əsasında iqtisadi inkişafın, dövlət-özəl tərəfdaşlığını təmin edən layihələrin artırılmasının və investisiyaların diversifikasiyasının əhəmiyyəti vurğulanıb.
Nərmin Qocamanova






