Sahibkarlığın İnkişafı Fondu tərəfindən "Cooky Chefs" MMC-yə un məmulatlarının istehsalının inkişafı layihəsi üçün 200 min manat güzəştli kredit ayrılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.
"Kiçik və orta biznesin fəaliyyətinin stimullaşdırılması onların iqtisadiyyatda rolunun möhkəmləndirilməsinə xidmət edir", - nazir, qeyd edib.






