Ötən il Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi illik ifadədə 7 faiz artaraq 1 milyard 515 milyon 98 min ABŞ dolları təşkil edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilir ki, ötən il Gürcüstan Azərbaycandan 653 milyon 911 min dollar dəyərində mal və məhsullar idxal edib. Bu göstərici 2022-ci illə müqayisədə 2,1 faiz çoxdur və Gürcüstanın ümumi idxalının 4,2 faizini təşkil edib.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan malların həcmi isə illik müqayisədə 28,2 faiz artaraq 862 milyon 70 min dollar olub. Bununla da ötən il Gürcüstan ilə Azərbaycan arasındakı xarici ticarət dövriyyəsində 208 milyon 158 min dollar həcmində müsbət saldo yaranıb.
Qeyd edək ki, 2022-ci ildə Gürcüstanın Azərbaycanla xarici ticarətdə 32 milyon 306 min dollarlıq mənfi saldo olub.






