http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Mikro sahibkarlığa güzəştlərlə bağlı hansı dəyişikliklər var? - ŞƏRH

23 Yanvar 2024 , 10:29
Mikro sahibkarlığa güzəştlərlə bağlı hansı dəyişikliklər var? - ŞƏRH

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Vergi Məcəlləsində mikro sahibkarlığa güzəştlərlə bağlı dəyişikliklər edilib. Bəs bu dəyişikliklər nədən ibarətdir?

Bu barədə qanunu vergi məsələləri üzrə ekspert İlqar Əsədov "Operativ Media"ya şərh edib:

ocr

O bildirib ki, güzəştlərə yeni şərtlər əlavə olunub:

"Ümumən, bu ilə qədər mikrosahibkarlıq subyektləri gəlirlərin və xərclərin uçotunu apardığı təqdirdə əldə etdikləri gəlirlərin, yaxud hüquqi şəxsdirsə, mənfəətinin 75 faizini vergidən azad edirdilər. Yəni şərti olaraq vergi ödəyicisinin hesabat ili ərzində 100 min gəliri, 60 min xərci olmuşdusa, gəlirdən çıxılan xərcə görə onun 40 min manat fiziki şəxs üçün gəliri, hüquqi şəxs üçün mənfəəti yaranırdı və həmin o 40 min manatın 75 faizindən vergi tutmurdular. Bu da o deməkdir ki, 40 min manatın yalnız 25 faizindən, yəni 10 min manatından vergi tuturdular. Qısaca, 20 faiz dərəcəli vergi verirdilər ki, bu da 2000 manat edir. Ona görə də buna dolayı yolla beş faizlik deyirdilər. Həmin güzəştlər ləğv edilməyib, sadəcə onlara əlavə şərtlər qoşulub. Şərtlər belədir ki, əvvəl bütün gəlir xərcinin uçotunu aparan mikro sahibkarlıq subyektləri bu güzəştdən istifadə edə bilirdisə, artıq əlavə olaraq işçi sayı ilə bağlı tələb qoyulub.

Belə ki, orta aylıq işçi sayı üç nəfərdən az olmamalıdır. Bunu da ona görə edirlər ki, bəzi sahibkarlıq subyektləri faktiki olaraq mikrodan kiçiyə keçdiyi vaxtı, hansı ki, gəlirləri artır, şişir və əslində kiçik sahibkarlıq subyektinə keçməlidir və bu zaman artıq güzəşt hüququndan istifadə edə bilməyəcək, çünki mikro statusunu itirəcək. Bunun qorxusundan  tanışının adına və ya yeni bir şirkətin adına əlavə bir VÖEN açırdılar və əməliyyatları oradan aparırdılar.

Amma faktiki əməliyyatların faktiki sahibləri, əslində, eyni adamlardır. Bir növ gəlirlərini bir neçə VÖEN-ə parçalayırdılar. Bunun qarşısını almaq üçün belə bir şərt qoyuldu ki, işçi ilə bağlı tələb olsun. Çünki artıq sahibkar mikrodan kiçiyə keçdiyini gördüyü zaman belə bir addım atmaq istəsə, yəni gəlirlərin bir qismini köhnə, bir qismini isə yeni VÖEN-ə köçürsə, bilməlidir ki, mütləq 3 nəfərdən az olmamaq  şərtilə işçiləri olmalıdır.  Burada da əlavə olaraq dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı, işsizlikdən sığorta haqları formalaşacaq və bu səbəblə o, yoldan əl çəkəcək".

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu