Fevralın 20-də "Balaxanı Metal Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti hərraca çıxarılacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonunun Balaxanı qəsəbəsində Mirzə Ələkbər Sabir küçəsi 1 ünvanında yerləşən müəssisənin ümumi faydalı sahəsi 4774.3 kv.m-dir. Müəssisənin özlləşdirilən torpaq sahəsi isə 16507.0 kv.m-dir. Əmlakın ilkin satış qiyməti 2 465 000, torpaq sahəsinin ilkin satış qiyməti isə 1 072 500 manatdır. Hərraca çıxarılan ilkin ümumi satış qiyməti 3 167 750 manatdır.






