23 Yanvar 2024, 11:49
Azərbaycandakı kredit ittifaqları ötən ili zərərlə başa vurub
Azərbaycandakı kredit ittifaqları ötən ili zərərlə başa vurub şəkil
Azərbaycandakı kredit ittifaqları ötən ili zərərlə başa vurub

Azərbaycandakı kredit ittifaqları 2023-cü ili 0,25 milyon manat xalis zərərlə başa vurub.

"Operativ Media" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 12,5 dəfə çoxdur.

Ötən il kredit ittifaqlarının gəlirləri 2,3 milyon manat (əvvəlki illə müqayisədə 4,2 % az), xərcləri 1,3 milyon manat (3,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,2 milyon manat (13,2 % çox), mənfəət vergisi ödəmələri isə 0,5 milyon manat (2 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 13 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 % azdır. Bunun 11 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 2,65 % kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 7,9% azalaraq 3,5 milyon manata, balans kapitalı isə 1 % artaraq 9,5 milyon manata çatıb.

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi