Menyu

Azərbaycana xaricdən pul köçürmələri azalıb

Nərmin Qocamanlı
Azərbaycana xaricdən pul köçürmələri azalıb

2023-cü ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 468 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 616.4 milyon manata bərabər olub.

"Operativ Media" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilə nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.3 dəfə və ya 3 milyard 330.6 milyon manat, banklardan xaricə köçürmələr isə 38.6% və ya 388 milyon manat azalıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 5 milyard 798.6 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 1 milyard 4.4 milyon manat təşkil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər