Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankının (DB) nümayəndə heyəti ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (ÖTÇ) (2025-2028) hazırlanması istiqamətində görülən işlər, yeni ÖTÇ-nin əhatə edəcəyi strateji istiqamətlər, investisiya layihələri, o cümlədən ölkəmizin inkişaf prioritetləri və planları üzrə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Mərkəzi Bank və DB arasında gələcək əməkdaşlıq perspektivləri və həyata keçirilən texniki yardım layihələri müzakirə edilib.






