"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında rezidentlərin sayı 7-yə çatıb

Nərmin Qocamanlı
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında rezidentlərin sayı 7-yə çatıb

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "ZF Group” MMC-yə rezident statusu verilib və bununla da rezidentlərin sayı 7-yə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Şirkət tərəfindən sənaye parkının ərazisində müxtəlif çeşiddə yapışqan lentlərin istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1 milyon manat olan müəssisədə 32 nəfər daimi işlə təmin olunacaq", - məlumatda qeyd olunub.

Digər xəbərlər