2023-cü ildə Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2.2 mlrd. manata yaxın olub
Nərmin Qocamanlı
Ötən il Azərbaycanda banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2 milyard 194 milyon manat əməliyyat aparılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bu göstəricinin həcmi 2022-ci illə müqayisədə 1.8% çoxdur.
Xatırladaq ki, ötən ilin dekabr ayında 202.8 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da əvvəlki ilin dekabr ayı ilə müqayisədə 6.5% çoxdur.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma