http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

DGK iqtisadçı Natiq Cəfərlinin yaydığı məlumata münasibət bildirib

25 Yanvar 2024 , 22:23
DGK iqtisadçı Natiq Cəfərlinin yaydığı məlumata münasibət bildirib

Sosial şəbəkələr üzərindən Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlərlə bağlı söylənilən mülahizələrdə Dövlət Gömrük Komitəsi aşağıdakı məlumatların nəzərə alınmasını ümumi mənzərənin daha düzgün təfsir olunmasına faydalı olacağını bildirir.

Azərbaycan Respublikasında xarici ticarətinin gömrük statistikası BMT-nin Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır. 

DGK-dan "Operativ Media"ya verilən məlumata görə, sözügedən metodologiyaya uyğun olaraq idxal olunan malların həcminin coğrafi bölgüsü - malın mənşə ölkəsi üzrə, ixrac olunan malların coğrafi bölgüsü - malın təyinat ölkəsi üzrə aparılır. 

Başqa sözlə, Azərbaycanın Gürcüstandan idxal göstəriciləri həmin ölkə və digər ölkələrdən idxal olunmuş Gürcüstan mənşəli mallar əsasında, ixrac göstəriciləri isə Azərbaycandan yerli və digər ölkə mənşəli malların Gürcüstana ixracı əsasında formalaşır.

2023-cü il ərzində Dövlət Gömrük Komitəsinin məlumat bazasında Azərbaycana idxal olunmuş Gürcüstan mənşəli malların dəyəri 126 mln. ABŞ dolları təşkil etsə də, Gürcüstan Respublikasının www.geostat.ge veb-səhifəsində yayınladığı ilkin xarakterli məlumatlarda (preliminary data) Azərbaycana ixrac olunmuş malların dəyəri 862 mln. ABŞ dolları göstərilmişdir.

Lakin mənşə ölkəsini nəzərə almadan ötən il ərzində Gürcüstandan idxal olunan (göndərən ölkə Gürcüstan) malların dəyəri 1 088 mln. ABŞ dolları təşkil etmiş, bu idxalın 962 mln. ABŞ dolları dəyərində olan malların mənşə ölkəsi Almaniya, Yaponiya, Türkiyə, ABŞ və digər ölkələr olduğuna görə rəsmi statistikada həmin ölkələrdən Azərbaycana idxal olunmuş malların dəyərinə əlavə edilmişdir. 

Eyni zamanda, ixrac və idxal qiymətləri arasında yaranan qiymət fərqləri (məsələn, nəqliyyat, sığorta və s.), ixrac və idxal üzrə hesabat ilinin fərqli olması (məsələn, bir ölkədən dekabr ayının sonlarına təsadüf edən ixracın növbəti ilin əvvəlində digər ölkədə idxal olunaraq qeydiyyata alınması) və bu kimi digər amillər də xarici ticarət dövriyyələri arasında fərqin yaranmasına səbəb olur. 

Təcrübədə güzgülü statistikanın aparılması üçün (statistik məlumatların tutuşdurulması məqsədilə) qarşılıqlı razılaşma əsasında ölkələrin gömrük xidmətləri arasında işçi görüşlər keçirilir.

Azərbaycanın gömrük xidməti də öz növbəsində bu növ təcrübədən istifadə edir.

Müzakirələrə səbəb olan Natiq Cəfərlinin həmin statusunu təqdim edirik:

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu