http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı genişləndirir

26 Yanvar 2024 , 19:25
Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı genişləndirir

Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun Azərbaycanda və digər ölkələrdə həyata keçirilən layihələrdə mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib.

“Operativ Media” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində bu ölkənin Dövlət İnvestisiya Fondunun rəhbərinin müavini və Beynəlxalq İnvestisiyalar üzrə Baş İdarənin rəisi Turqi Al-Novaizer ilə keçirilən görüşdə qeyd edilib.

Görüşdə Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsində reallaşdırılan layihələr, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti, Azərbaycanın bir neçə ölkə ilə birgə yaratdığı investisiya fondları təcrübəsi və s. haqqında məlumat verilib.

Ölkələrimizin müvafiq qurumları arasında səmərəli enerji tərəfdaşlığı qeyd edilib. Tərəflər müxtəlif istiqamətlər üzrə investisiya əməkdaşlığını, o cümlədən Dövlət İnvestisiya Fondu və onun törəmə şirkətləri tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən layihələrdə mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər, bununla bağlı yol xəritəsinin hazırlanmasına dair razılıq əldə olunub.

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, “Al Rajhi International for Investment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl-Dəxil ilə görüşdə Səudiyyə Ərəbistanında həyata keçirilən layihələrdə, o cümlədən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı imkanları qeyd olunub. Tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının bu ölkədəki layihələrdə Azərbaycan şirkətlərinin iştirakına dəstəyi, eləcə də ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq və digər məsələlər barədə müzakirələr aparıblar.

“ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşdə ölkəmizlə dəniz suyunun duzsuzlaşdırılması, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, “yaşıl” hidrogen istehsalı kimi istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu