http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Mərkəzi Bank uçot dərəcəsini niyə artırmadı? - EKSPERT

31 Yanvar 2024 , 11:07
Mərkəzi Bank uçot dərəcəsini niyə artırmadı? - EKSPERT

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 8%-dən 7.75%-ə endirib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.

Bəs uçot dərəcəsinin endirilməsi nə ilə əlaqədardır?

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli "Operativ Media"ya açıqlama verib.

O qeyd edib ki, Mərkəzi Bank faiz dərəcələrini aşağı salmaqla ölkədə iqtisadi aktivlikdə rol almaq istəyir:

"Mərkəzi Bankın faiz dərəcəsinin aşağı endirilməsinin əsas səbəbi kimi ölkədə 12 aylıq inflyasiyanın aşağı düşməsi göstərilib. Görünən odur ki, Mərkəzi Bank inflyasiyanın daha da aşağı düşməsində o qədər maraqlı deyil və buna görə də manatın faiz dərəcəsini aşağı salmaqla inflyasiyanın kəskin azalmasına mane olmaq istəyir. Eyni zamanda həm də iqtisadi aktivliyi dəstəkləmək istəyir ki, faiz dərəcələri aşağı enərək kredit bazarında fəallıq artsın. Xüsusən də inflyasiyanın tempinin aşağı düşməsində 2 məqam var. Bunun bir səbəbi dünyada baş verən proseslərdir ki, əmtəə qiymətləri indeksi son 12 ayda 18,9 faiz aşağı düşüb. Ərzaq qiymətləri indeksi 10, 1 faiz azalıb və bir də manat dollara fiksə edildiyinə görə, manat dollarla bir yerdə Azərbaycanın digər ticari partnyorlarının valyutasına nisbətdə 19,3 faiz bahalaşıb. Bütün bu amillər bir yerdə, həm dünyada ərzaq və əmtəə qiymətlərinin aşağı düşməsi, həm manatın nominal faiz dərəcəsinin artması inflyasiyanı və inflyasiya gözləntilərini aşağı salıb".

Ekspert bildirib ki, Mərkəzi Bank da faiz dərəcəsini aşağı salaraq faizlə borc aldığına görə bir növ öz faiz xərclərini azaltmaq istəyir:

"Çünki o, qiymətli kağızlar bazarında notlar buraxır və elan etdiyi faiz dərəcələrinə uyğun olaraq qısamüddətli notlarına investisiya qoyan subyektlərə faiz ödəyir. Bununla yanaşı, həm də bazarın daha da aktivləşməsinə də təsir etmək istəyir. Amma bir nüans var ki, çox təəssüf ki, hələ də Mərkəzi Bankın apardığı faiz siyasətinin transmissiyası sürətli deyil, bir qədər aşağıdır. Misal üçün, Mərkəzi Bank son bir neçə aydır faiz dərəcələrini aşağı salır. Amma biz iri kommersiya banklarının öz faizlərinin artırılması meyllərini müşahidə edirik. Bu məqamlar hələ də Mərkəzi Bankın həll etməli olduğu məsələlərdir, amma ümumi şəkildə faiz dərəcələrinin aşağı salınması iqtisadiyyat üçün pozitiv siqnaldır".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu