http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Betona dair yeni dövlət standartları qəbul edilib

31 Yanvar 2024 , 18:05
Betona dair yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS EN 206:2024 “Beton. Xüsusiyyət, istismar, istehsal və uyğunluq” və AZS ГОСТ 10180:2024 “Betonlar. Yoxlama nümunələri əsasında möhkəmliyin təyini üsulları” yeni dövlət standartları qəbul edilib. 

İnstitutdan "Operativ Media"ya verilən məlumata görə, AZS EN 206:2024 “Beton. Xüsusiyyət, istismar, istehsal və uyğunluq” dövlət standartı inşaat sahəsində hazırlanan konstruksiyalar üçün nəzərdə tutulmuş betonlara, yığma dəmir-beton konstruksiyalar, habelə, tikililər və mülki inşaat konstruksiyaları üçün yığma konstruktiv dəmir-beton məhsullarına şamil olunur. 

AZS ГОСТ 10180:2024 “Betonlar. Yoxlama nümunələri əsasında möhkəmliyin təyini üsulları” dövlət standartı betonun sıxılmada möhkəmlik həddi, ox üzrə, parçalanmada və əyilmədə dartılma sınaqlarında betonun xüsusi hazırlanmış sınaq nümunələrinin dağıdıcı qısamüddətli statistik yükləmə yolu ilə təyini üsullarını müəyyən edir.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu