http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ötən il zərər görmüş sığortalı fermer və təsərrüfatlara 4,4 milyon manat sığorta ödənişi edilib

03 Fevral 2024 , 11:38
Ötən il zərər görmüş sığortalı fermer və təsərrüfatlara 4,4 milyon manat sığorta ödənişi edilib

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 2023-cü ildə sığortalı fermer və təsərrüfatlara dəyən zərərlər üzrə böyük məbləğdə sığorta ödənişləri edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.

İl ərzində müxtəlif hadisələrdən zərər görmüş sığortalı fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 4,4 milyon manat sığorta ödənişləri olunub.

2023-cü il Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi, çoxsaylı yığıntılar və sel-subasmalarla yadda qalıb. Bu hadisələr sığorta hadisələrinin sayına və sığorta ödənişlərinin məbləğinə də təsir göstərib. Nəticədə 2023-cü ildə sığorta ödənişləri 4 milyon 406 min manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2 milyon manat və ya 80 faiz artıqdır. 2022-ci ildə isə aqrar sığorta hadisələri üzrə sığortalı fermerlərə 2,4 milyon manat ödəniş edilib.

Keçən il bitkiçilik sahəsində baş verən zərərlər üzrə 3 milyon 496 min manat ödəniş olunub. Bu, 2022-ci illə müqayisədə 1,7 milyon manat və ya 2 dəfə çoxdur.

2023-cü ildə heyvandarlıq sığortası üzrə baş vermiş hadisələrə görə Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermer və təsərrüfatlara 910 min 66 manat sığorta ödənişi edilib. 2022-ci illə müqayisədə sığorta ödənişlərinin məbləği 200 min manat və ya 28 faiz artıb.

Bitkiçilik sığortası üzrə ən çox zərər ödənişi edilmiş rayonlar Şəki və Qobustan olub. Ən böyük məbləğdə sığorta ödənişləri buğda, arpa, pambıq, qarğıdalı və gilas bitkiləri üzrə verilib.

Bitkiçilik sığortası sahəsində ən çox baş verən və fermerlərə ödəniş edilən hadisələr fırtına-qasırğa, sel-subasma, dolu, üçüncü şəxslərin hərəkətləri və yanğın olub.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu