Menyu

Mahir Emreli komanda məşqlərinə qoşulub

Əziz Əzizli
Mahir Emreli komanda məşqlərinə qoşulub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli məşqlərə başlayıb. Zaqreb “Dinamo”sunun hücumçusu komandanın dünənki məşqində kollektivlə birgə hazırlıqda iştirak edib.

"Operativ Media" xəbər verir ki, 26 yaşlı ön xətt oyunçusu özü də məşqdən şəkil paylaşıb. Onun UEFA Konfrans Liqasının pley-off mərhələsində İspaniya klubu “Betis”lə bu gün keçiriləcək cavab görüşündə iştirakı baş məşqçinin qərarından asılı olacaq.

Qeyd edək ki, Emreli yanvarın əvvəlində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama görüşündə zədələnmişdi.

Teqlər:

"Mahir Emreli komanda m\u0259\u015fql\u0259rin\u0259 qo\u015fulub"

Əlaqəli Xəbərlər