Menyu

Ruslan Əmircanov: " Bu Azərbaycan çempionatı deyil ki, səhv edəsən və rəqib yararlanmasın"

Əziz Əzizli
Ruslan Əmircanov: " Bu Azərbaycan çempionatı deyil ki,  səhv edəsən və rəqib yararlanmasın"

"Bu Azərbaycan çempionatı deyil ki, hansısa komandaya qarşı 5 səhv edəsən və rəqib yararlanmasın".

Bunu "Qarabağ" - "Braqa" matçı haqqında "Operativ Media"ya açıqlama verən Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov deyib. 

O, "Qarabağ"ın növbəti mərəhələyə keçəcəyinə inandığını bildirib.

"İlk oyundan əvvəl də "Qarabağ"ın qalib gələcəyini bildirmişdim. Oyun gozlədiyimizdən də gözəl nəticə ilə bitdi. İlk oyundan sonra "Braqa"nın hansı gücə, hansı potensiala sahib olduğunu, nə qədər təhlükəli olduğunu gördük. Düzdür 2 top fərqi ilə qalib gəldik, amma, bu o demək deyil ki, mərhələni adlamışıq. Növbəti rəqib haqqında düşünmək hələ tezdir. Oyunun son saniyəsinə, hakimin son fitinə qədər meydanda diqqətli olmaq lazımdır. Belə komandalara qarşı 1 saniyəlik konsentrasiyanı itirmək, komandanın cəzalandırılması ilə nəticələnə bilər. Bu Azərbaycan çempionatı deyil ki, hansısa komandaya qarşı 5 səhv edəsən və rəqib yararlanmasın. Avropada klublar 1 saniyəlik səhvləri bağışlamırlar. Bu gedişlə "Qarabağ"ın mərhələ keçəcəyinə inanıram və ümid edirəm ki sevinən tərəf biz olacağıq.

Qeyd edək ki, "Qarabağ" - "Braqa" matçı Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Teqlər:

"Ruslan \u018fmircanov: \" Bu Az\u0259rbaycan \u00e7empionat\u0131 deyil ki s\u0259hv ed\u0259s\u0259n v\u0259 r\u0259qib yararlanmas\u0131n\""

Əlaqəli Xəbərlər