22 Fevral 2024, 16:11
"Sumqayıt" yeni transferini açıqladı
"Sumqayıt" yeni transferini açıqladı şəkil
"Sumqayıt" yeni transferini açıqladı

 “Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib.

"Operativ Media" xəbər verir ki, 2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu Cordan Rezabala ilə müqavilə imzalayıb. 23 yaşlı ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.

Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.

Son xəbərlər
Görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”
Sabah hava necə olacaq?
Böyük Dəbilqə: Azərbaycan turniri medalsız başa vurdu
Prezident: Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi böyük məmnunluq doğurur
Məhkəmə Əkrəm İmamoğlu barəsində həbs qərarı verib
İlham Əliyev Şahbaz Şərifi təbrik edib