Menyu

"Qarabağ"ın 1/8 final mərhələsindəkı rəqibi bilinəcək

Əziz Əzizli
"Qarabağ"ın 1/8 final mərhələsindəkı rəqibi bilinəcək

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Operativ Media" xəbər verir ki, pley-offda “Braqa” (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə bu raunda vəsiqə qazanan “Qarabağ” da püşkatmada təmsil olunacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşk mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Bu mərhələdə pley-offun qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq.

Ağdam klubunun 8 potensial rəqibi aşağıdakılardır:

“Atalanta” (İtaliya)

“Bayer” (Almaniya)

“Brayton” (İngiltərə)

“Vest Hem” (İngiltərə)

“Vilyarreal” (İspaniya)

“Liverpul” (İngiltərə)

“Reyncers” (Şotlandiya)

“Slaviya” (Çexiya)

Qeyd edək ki, Avroliqada 1/8 finalın ilk oyunları martın 7-də, cavab görüşləri isə 14-də keçiriləcək

Teqlər:

"\"Qaraba\u011f\"\u0131n 1\/8 final m\u0259rh\u0259l\u0259sind\u0259k\u0131 r\u0259qibi bilin\u0259c\u0259k"

Əlaqəli Xəbərlər