23 Fevral 2024, 11:37
Nəriman Axundzadə: "Qoldan sonra tribunada atamı axtarırdım"
Nəriman Axundzadə: "Qoldan sonra tribunada atamı axtarırdım" şəkil
Nəriman Axundzadə: "Qoldan sonra tribunada atamı axtarırdım"

"Çox möhtəşəm qələbə idi. Məşqçilər heyəti daxil olmaqla, komandada oynayan hər bir oyunçu xarakter göstərdi".

Bu sözləri "Operativ Media"ya açıqlamasında "Qarabağ"ın "Braga" ilə oyunda (2:3) mərhələ keçməsi üçün vacib olan qolunun müəllifi Nəriman Axundzadə bildirib.

"60 dəqiqə azlıqda oynasaq da, növbəti tura keçəcəyimizə inanırdıq. Atmosfer super idi, azarkeşlər sona kimi dəstək oldular, çox sağ olsunlar. Gələn oyun çalışacağıq ki, yaxşı nəticə əldə edək"-deyə o qeyd edib.

N.Axundzadənin sözlərinə görə, baş məşqçi Qurban Qurbanov bu oyuna ciddi hazırlaşıb. 

"Qələbə qazanıb həm Azərbaycan xalqını sevindirdik, həm də baş məşqçimizi. Heç kimin əziyyəti yerdə qalmadı".

Nəriman Axundzadə qol vurduqdan sonra tribunalarda kimi axtardığını da açıqlayıb:

"Oyunumu izləməyə atam gəlmişdi. Oyundan əvvəl qol vuracağıma inandığını demişdi. Qol vurduqdan sonra sevincimi bölüşmək üçün tribunada atamı axtarırdım".

Əziz Əzizli

Son xəbərlər
Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq
Dövlət satınalmalarının ümumi dəyəri 30 %-dən çox artıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
Prezident Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib
Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib
FHN yanğın təhlükəli şadlıq saraylarının fəaliyyətini dayandırıb
Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb