26 Fevral 2024, 06:41
Azərbaycan birinciliyi başa çatıb
Azərbaycan birinciliyi başa çatıb şəkil
Azərbaycan birinciliyi başa çatıb

Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb.

"Operativ Media" xəbər verir ki, yarış Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində təşkil olunub.

Turnirdə ölkənin şəhər və rayonlarının idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edib.

Son yarış günündə 73, 81, 89, 96, 102 və +102 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Müvafiq olaraq 73 kq çəki dərəcəsində toplam 237 kq (107+130) nəticə ilə Akif Abdullayev, 81 kq çəkidə 235 kq-la (108+127) Nicat Babayev, 89 kq çəkidə 260 kq-la (120+140) Hüseyn Heydərov, 96 kq çəkidə 252 kq-la (115+137) Muhammədəli Məmmədzadə, 102 kq çəkidə 188 kq-la (83+105) Sultan Sultanov və +102 kq çəkidə 210 kq-la (90+120) Sadiq Əliquliyev qızıl medallara sahib çıxıblar

Son xəbərlər
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub
Xırdalanda restoranda yanğın baş verib
25 Mart 2025, 20:58
Dəmiryol keçidində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq
Azərbaycan - Belarus oyununun start heyəti açıqlandı