Menyu

"Mançester Siti" norveçli vingerlə müqaviləni uzatdı

Əziz Əzizli
"Mançester Siti" norveçli vingerlə  müqaviləni uzatdı
1 dəq oxu

İngiltərə Premyer Liqa komandası Mançester Siti 20 yaşlı norveçli sağ cinah oyunçusu Oskar Bobb ilə 2029-cu ilin yayına qədər qüvvədə olan yeni 3 illik müqavilə imzalayıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

2019-cu ilin yayında Norveçin Valerenqa komandasından "Siti"nin gənclər komandasına qoşulan futbolçu ötən yay ilk dəfə əsas komandaya yüksəlmədən əvvəl klubun akademiyasında dörd mövsüm keçirib.

Əlaqəli Xəbərlər