Mahir Emrelinin yaşıl meydanlara qayıdacağı tarix bəlli oldu
Əziz Əzizli
Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emrelinin yaşıl meydanlara qayıda biləcəyi vaxt məlum olub.
"Operativ Media" Xorvatiyanın "Slobodna Dalmacija" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu martda sıraya dönəcək.
Onunla yanaşı, "Dinamo"nun 3 oyunçusu - Dino Periç, Marko Roq və Luka Stoykoviçin mərhələli şəkildə gələn ay qayıdacağı gözlənilir.
Amma klubun həkimlərinin proqnozları çox təmkinlidir. Onların fikrincə, futbolçuların mümkün qayıdışı çempionatın sonuna qədər də uzana bilər. Sadeq Moharrami və Lukas Kacavendanın isə cari mövsüm bir daha oynamayacağı dəqiqdir.
Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində Sloveniyanın "Roqaşka" klubu ilə yoxlama görüşündə zədələnib
Teqlər:
"Mahir Emrelinin ya\u015f\u0131l meydanlara qay\u0131daca\u011f\u0131 tarix b\u0259lli oldu"