Danimarka Liqasının komandalarından olan "Midtjylland"da çıxış edən yarımmüdafiəçi Kristoffer Olsson süni nəfəs aparatına qoşularaq xəstəxanaya yerləşdirilib.
"Operativ Media" klubun saytına istinadən xəbər verir ki, Olssonun evində vəziyyətinin pisləşdiyi və huşunu itirdiyi bildirilib.
Klubdan edilən yazılı açıqlamada, "Kristoffer Olssonun son vaxtlar yoxluğunun səbəbi ilə bağlı artan söz-söhbət və fərziyyələr qarşısında bu açıqlamanı ictimaiyyətə açıqlamaq məcburiyyətində hiss etdik. 28 yaşlı İsveç Milli Komandasının oyunçusu çərşənbə axşamı, fevralın 20-də evində huşunu itirib və süni nəfəs aparatına qoşularaq xəstəxanaya yerləşdirilib" deyə bildirilib.