
PSJ-də 7 illik Kilyqn Mbappe erası başa çatmaq üzrədir. Fransa nəhəngi ilə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməməyə qərar verən Mbappeyə astronomik təkliflər gəlməkdə davam edir.
"Operativ Media" xəbər verir ki, PSJ-nin yeni müqavilə üçün təklif etdiyi böyük rəqəmləri geri çevirən Kilyan Mbappeyə "Mançester Yunayted"in də təklif etdiyi iddia edilib.
İngiltərə mətbuatında yer alan xəbərə görə, "Mançester Yunayted" fransalı ulduza 5 mövsüm üçün 200 milyon avro imza haqqı da daxil olmaqla cəmi 500 milyon avro təklif edib.
Digər tərəfdən Mbappenin bu təklifi rədd etdiyi və futbolçunun yeni mövsümdə "Real Madrid"də çıxış edəcəyi barədə ətraflı məlumat verilib.
Bu mövsüm PSJ-də ümumilikdə 32 oyuna çıxan Mbappe 32 qol vurub, 7 məhsuldar ötürmə edib.