Menyu

"Qarabağ"ın hücumçusu zədələndi

Əziz Əzizli
"Qarabağ"ın hücumçusu zədələndi
1 dəq oxu

"Qarabağ"ın futbolçusu Olavio Juninyo zədələnib.

"Operativ Media" xəbər verir ki, braziliyalı hücumçu Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınan "Qəbələ"yə qarşı matçda zədə alıb. Bu səbəbdən o, 40-ci dəqiqədə Leandro Andrade ilə məcburi əvəzlənib.

Zədənin nə dərəcədə ciddi olub-olmadığı hələ bilinmir.

Qeyd edək ki, Juninyo bu mövsüm Misli Premyer Liqasında 15 qolla bombardirlər siyahısında liderdir

Əlaqəli Xəbərlər