Menyu

"Qarabağ" "Qəbələ"ni darmadağınla məğlub etdi

Əziz Əzizli
"Qarabağ" "Qəbələ"ni darmadağınla məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınmış bir oyun keçirilb.

"Operativ Media" xəbər verir ki, günün yeganə matçı Qəbələdə baş tutub.

Burada lider “Qarabağ” (54 xal) çempionatın aşkar autsayderi “Qəbələ”nin (15 xal) qonağı olub.

Bu oyun “Qəbələ”də yeni baş məşqçinin – Kaxaber Sxadadzenin debütü ilə əlamətdar olub. Lakin gürcü mütəxəssisin yeni komandası onun debüt matçında 4 cavabsız qolla uduzub.

Azərbaycan Premyer Liqası

23-cü turun oyunu

28 fevral

“Qəbələ” – “Qarabağ” 0:4

Qollar: Adama Diakabi, 47. Riçard Almeyda, 59-pen. Nəriman Axundzadə, 65. Marko Yankoviç, 80.

Qırmızı vərəqə: Fares Abu Akel, 52

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər