Menyu

"Qarabağ" "Qəbələ" ilə oyunlarda 100-ü keçdi

Əziz Əzizli
"Qarabağ" "Qəbələ" ilə oyunlarda 100-ü keçdi

"Qarabağ” “Qəbələ” ilə çempionat oyunlarında vurulan qol sayında 100-ü keçib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınmış oyunadək rəqib qapısına 98 dəfə yol tapan Ağdam klubu 4:0 hesablı qələbə qazanıb.

Riçard Almeydanın penaltidən vurduğu ikinci top bu duellərdə komandasının 100-cü qolu olub. “Qarabağ” matçın sonunadək bu rəqəmi 102-yə çatdırıb. Bu, komandalar arasında 61-ci matçda baş verib.

Azərbaycan çempionatlarının 32 illik tarixində 5-ci belə hadisədir. Bunadək “Qarabağ” “Neftçi”, “Sumqayıt” və “Şamaxı” ilə görüşlərdə 100-ü keçib. “Neftçi” isə buna “Şamaxı” ilə qarşılaşmalarda nail olub:

1. “Qarabağ” – 120 (“Neftçi”)

2. “Neftçi” – 119 (“Şamaxı”)

3. “Qarabağ” – 116 (“Sumqayıt”)

4. “Qarabağ” – 107 (“Şamaxı”)

5. “Qarabağ” – 102 (“Qəbələ”)

Teqlər:

"\"Qaraba\u011f\" \"Q\u0259b\u0259l\u0259\" il\u0259 oyunlarda 100-\u00fc ke\u00e7di"

Əlaqəli Xəbərlər