Özbəkistanın paytaxtı Daşkənd şəhərində Böyük Dəbilqə turnirinin ilk yarış günü keçirilir.
"Operativ Media" xəbər verir ki, 1 martda 5 çəki dərəcəsində 8 cüdoçumuz tatamiyə çıxacaq. Kişilər arasında -60 kq. çəkidə Nazir Talıbov və Rövşən Əliyev, -66 kq. çəkidə İslam Rəhimov və Rəşid Yelkiyev, qadınlar arasında -48 kq. çəkidə Könül Əliyeva, -52 kq. çəkidə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, -57 kq. çəkidə Fidan Əlizadə medallar uğrunda mübarizə aparacaq.
Turnir Bakı vaxtı ilə saat 8:00-da başlayıb. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.