"Kəpəz" klubuna yeni avtobus alındı
Əziz Əzizli
"Kəpəz" PFK üçün alınan avtobus kluba təhvil verilib.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Avtobus əsas komandanın istifadəsində olacaq. Nəqliyyat vasitəsi Cənubi Koreyanın dünyaca tanınmış "Daewoo" şirkətinin istehsalıdır. Avtobus klubumuzun rənglərinə uyğun formada bəzədilib, üzərində Kəpəz dağı əks olunub.
Avtobus “Kəpəz 100k” layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb.
"Kəpəz" PFK üçün əldə olunan nəqliyyat vasitəsi ilə bağlı maliyyə hesabatı yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net