Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürməyəcək
Nərmin Qocamanlı
AFFA-nın prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcək.
"Operativ Media" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, bu barədə Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bildirib.
Toplantıda bir neçə məsələ müzakirə olub və bu qərarlar qəbul edilib:
1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;
2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
- İsmayıl Əliyev
- Esmiralda Ələkbərova (həkim)
- Qara Qarayev
- İqor Ponomaryov
- Vaqif Sadıqov
- Maşallah Əhmədov
Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.
Teqlər:
"R\u00f6vn\u0259q Abdullayev AFFA prezidentliyin\u0259 namiz\u0259dliyini ir\u0259li s\u00fcrm\u0259y\u0259c\u0259k"