Menyu

Azərbaycan boksçuları Monteneqroda beynəlxalq turnirdə mübarizə aparacaq

Əziz Əzizli
Azərbaycan boksçuları Monteneqroda beynəlxalq turnirdə mübarizə aparacaq

Martın 5-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi “Adriatik incisi” beynəlxalq turniri start götürəcək.

"Operativ Media" xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Turnirdə yığmanın baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), İbrahim Zeynalov (63,5 kq), Hüseyn Hacıyev (67 kq) və Ziya Həsənov (71 kq) qüvvəsini sınayacaq.

Qızların yarışında isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Lalə Mədətova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikaylov (54 kq), Qızbəs İsgəndər (57 kq) və Emili Rzayeva (63 kq) gücünü yoxlayacaq.

“Adriatik inci”sində Azərbaycanı hakim kimi Rövşən Qədirov təmsil edəcək.

Bu gün səfərə yollanan yığma martın 11-də Bakıya qayıdacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər